Noyabrın 12-də ABŞ prezidenti Donald Tramp israilli həmkarı İsaak Hersoqa rəsmi məktub göndərərək korrupsiya ittihamları ilə üzləşən Baş nazir Binyamin Netanyahunun əfv olunmasını sitəyib.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
"Tramp Netanyahunun məhkəməsi ilə əlaqədar dəfələrlə İsrailin məhkəmə sisteminə və daxili siyasətinə müdaxilə edib. İsrail prezidentinin ofisi tərəfindən dərc edilən məktub Trampın ilk rəsmi addımıdır", - deyə məlumatda bildirilir.
Amerika lideri məktubunda yazır ki, o, İbrahim Sazişlərini (İsrail və ərəb dövlətləri arasında normallaşdırma sazişləri) genişləndirmək üçün Yaxın Şərqin əsas liderləri ilə işləmək istəyir və məhkəmə Netanyahunu diplomatiyadan yayındıracaq.