Musavat.com xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 2022-ci ildən bəri saxlandığı klinikanı tərk edərək yenidən həbsxanaya qaytarılıb.
Rəsmi məlumata görə, həkimlər onun səhhətini qənaətbəxş qiymətləndiriblər və bu səbəbdən Saakaşvili cəzasını davam etdirmək üçün cəzaçəkmə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, Saakaşvili bir neçə cinayət işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək məhkum edilmişdi. Onun səhhəti ilə bağlı məsələ beynəlxalq ictimaiyyət və insan haqları təşkilatlarının diqqətində qalmaqda davam edir.
Musavat.com