Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Lobya insan sağlamlığı üçün həm qida, həm də enerji baxımından son dərəcə dəyərli bitkidir. Bu tərəvəz ilk dəfə Mərkəzi və Cənubi Amerikada yetişdirilib.
"Yeni Sabah" xəbər verir ki, lobya zülalla zəngin olduğu üçün xüsusilə ət yeməyən insanlar üçün əvəzolunmaz qida hesab olunur.
Mütəxəssislərin fikrincə, lobyanın tərkibindəki maqnezium, kalium və lif ürək-damar sisteminə müsbət təsir göstərir, qan təzyiqini tənzimləyir və xolesterini aşağı salır. Yavaş həzm olunan karbohidratlara malik olduğundan, diabet xəstələri üçün də tövsiyə edilir.
Pəhriz saxlayan insanlar üçün lobya xüsusi əhəmiyyət daşıyır, çünki onun tərkibindəki lif uzun müddət toxluq hissi yaradır. Bundan əlavə, tərkibindəki kalsium, fosfor və maqnezium sümüklərin möhkəmlənməsinə, dəmir və sink isə dərinin və saçların sağlam qalmasına kömək edir.
Kənd təsərrüfatı baxımından da lobya əvəzsizdir. Bu bitki torpaqda azot toplayaraq onun münbitliyini artırır və digər bitkilərin sağlam yetişməsinə şərait yaradır. Rənglərinə görə də lobyanın faydası dəyişir: qırmızı lobya antioksidantlarla zəngin, ağ lobya isə lif və maqnezium baxımından daha üstündür.
Tərkibi, faydası və ekoloji əhəmiyyəti ilə lobya həm qida, həm də təbiət üçün ən dəyərli nemətlərdən biri sayılır.
Aydan Hacı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.