BAKI, 13 noyabr. TELEQRAF
Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi Qazaxıstan və Türkmənistan hökumətləri arasında ticarət evlərinin yaradılması haqqında saziş layihəsini ictimaiyyətə təqdim edib.
Teleqraf xəbər verir ki, sənəd iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi və qarşılıqlı fayda və tərəfdaşlıq əsasında ticarətin artırılmasına yönəlib.
Nazirliyin açıqlamasına görə, sazişin məqsədi biznes icmalarının qarşılıqlı əlaqəsini asanlaşdırmaq və iki ölkə arasında iqtisadi fəallığı artırmaqdır.
Layihəyə əsasən, Türkmənistanın ticarət evi Qazaxıstanın Almatı şəhərində, Qazaxıstanın ticarət evi isə Türkmənistanın Aşqabad şəhərində yaradılacaq. Bu mərkəzlər yerli mallar və xidmətlərin təşviqi, sərgilər və marketinq tədbirlərinin təşkili, eləcə də sahibkarlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün platforma rolunu oynayacaq.