AZ

ABŞ Ukraynaya sanksiyalar tətbiq edib

Ajans.az xəbər verir ki,bu şirkətlər İranın Ababil raketləri və Şahed dronları üçün komponentlərin tədarükündə iştirak etməkdə ittiham olunur. Sanksiyalara məruz qalan şirkətlər arasında GK Imperativ Ukraina MMC (Xarkov) və Ekofera MMC (Kiyev və Xarkov) yer alır. Nazirliyin məlumatına görə, İran bu şirkətlərdən Ukraynadan aerokosmik materiallar alaraq, süni üfüqlər, maqnitometrlər, mühərriklər və generator komponentləri daxil olmaqla, HESA-ya tədarük edib. ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyalar 13382 nömrəli İcra Fərmanı əsasında kütləvi qırğın silahlarının yayılmasını dəstəkləyən və ya göstərməyə çalışan tərəflərə qarşı tətbiq edilib. Nazirlik qeyd edir ki, Ukrayna şirkətləri İran raket və dron avadanlıqları üçün transmilli tədarük şəbəkəsinin bir hissəsi olub. Bu şəbəkəyə sanksiyalara məruz qalan BƏƏ, Türkiyə, Çin, Honkonq, Hindistan və Almaniyadan olan şirkətlər də daxil idi.

 

Seçilən
39
Ajans.az

1Mənbələr