Bambukdan və digər biomateriallardan hazırlanmış ekoloji cəhətdən təmiz qablar, tez-tez plastikin təhlükəsiz əvəzi kimi təqdim edilir və qidaya potensial zərərli kimyəvi maddələrin yuyulmasına səbəb ola bilər.
Busaat.az xəbər verir ki, Praqa Kimya Texnologiyaları Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər.
Araşdırma “Food Control” jurnalında dərc olunub.
Alimlər Çexiya, Böyük Britaniya və Çindən alınmış bioloji parçalana bilən qab-qacaq-stəkan, kasa və uşaq dəstlərinin 33 nümunəsini sınaqdan keçiriblər. Onların demək olar ki, üçdə birində qızdırılanda və ya turşuya məruz qaldıqda qidaya keçə bilən sənaye birləşməsi olan melamin var idi.
“”Təbii məhsul” etiketi olduqca yanıltıcı ola bilər. Bu məhsulların əksəriyyəti melamin-formaldehid qatran əsaslı plastikdən, əlavə edilmiş bambuk tozu ilə hazırlanır. Bu birləşmə polimerin deqradasiyasını sürətləndirir və xüsusilə isti və ya turşulu içkilərdə melamin ifrazını artırır”, – deyə tədqiqatın rəhbəri, professor Yana Qayslova izah edib.
Yeganə