AZ

Alkaras yarımfinala vəsiqəni vaxtından əvvəl təmin edib

“Böyük Dəbilqə” turnirlərinin altıqat qalibi, dünya reytinqinin lideri İspaniya tennisçisi Karlos Alkaras 2025-ci ildə İtaliyanın Turin şəhərində keçirilən ATP Finalında yarımfinal mərhələsinə vaxtından əvvəl yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, Alkaras turnirdə Cimmi Konors qrupunda mübarizə aparır. O, bu mərhələdə iki qələbə qazanıb. Bu gün ispaniyalı tennisçi qrupdakı son qarşılaşmasında italiyalı Lorenso Muzetti ilə üz-üzə gələcək. Görüşün nəticəsindən asılı olmayaraq, Alkaras yarımfinalda çıxışını davam etdirəcək.

Bununla belə, qarşılaşmanın nəticəsi tennisçinin qrup mərhələsini neçəinci pillədə başa vuracağını müəyyən edəcək. Əgər Alkaras Muzettini istənilən hesabla məğlub etsə, Konors qrupunu lider kimi başa vuracaq. Əks halda, yəni Muzettinin istənilən hesabla qələbəsi halında, yarımfinala bu qrupdan birinci yerdə Lorenso Muzetti, ikinci yerdə isə Karlos Alkaras vəsiqə qazanacaq.

Seçilən
25
90deqiqe.az

1Mənbələr