AZ

Avro 2028 in təqvimi açıqlandı

ain.az, Yeniavaz saytına istinadən bildirir.

UEFA 2028-ci il Avropa çempionatının təqvimini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, Böyük Britaniya və İrlandiya turniri 9 iyun 2028-ci ildə Uelsin paytaxtı Kardiffdə başlayacaq.

Səkkizdəbir final oyunları Londondakı “Uembli” stadionu istisna olmaqla, Avro-2028-in doqquz stadionundan səkkizində keçiriləcək.

Dörddəbir final oyunları Dublindək “Dublin Arena”da (İrlandiya), Qlazqodakı “Hempden Park”da (Şotlandiya), Kardiffdəki Uels Milli Stadionunda və “Uembli” stadionunda (Böyük Britaniya) baş tutacaq.

“Uembli” stadionu həmçinin, 4 iyul və 5 iyul tarixlərində yarımfinal, 9 iyul tarixində isə final oyunlarına ev sahibliyi edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
yeniavaz.com

2Mənbələr