AZ

“Bəhanə kimi olmasın, amma bu gün hakimlik bizə qarşı idi” – Ayxan Abbasov

DÇ-2026-ın seçmə mərhələ oyununda yığmamız evdə İslandiyaya uduzdu - 0:2. “Football-plus.az” xəbər verir ki, Ayxan Abbasov oyundan sonra media önünə çıxıb.
- Xal qazanmaq istəyirdik, buna inanırdıq. Təəssüf ki, məğlub olduq. Rəqibin gücü bəlli idi, motivasiyalı idi. Ukrayna ilə müqayisədə daha yaxşı təsir bağışlayırlar. İkinci hissədə daha yaxşı oynadıq. Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik. Sadə qollar buraxdıq. İtkilər və yeni oyunçularımız var idi. Sona qədər mübarizə apardıq. Fransa ilə son oyunumuz qalıb. Ona hazırlaşacağıq.
- Rəqibin baş məşqçisi dedi ki, Azərbaycan ikinci hissədə daha yaxşı idi. Mümkün penalti epizodu haqda fikriniz necədi?
- Bəhanə kimi olmasın, amma bu gün hakimlik bizə qarşı idi. Rüstəm Əhmədzadənin sarı vərəqə epizodu oldu. Təəssüf ki, oyunu buraxacaq. Məncə, orda penalti var idi. Emin Mahmudova təşəkkür edirəm. Bir məşqlə bu ağır oyunda oynadı. Onun oynaması vacib idi.
- Rüfət Abbasovun oyununu necə qiymətləndirirsiz?
- Rüfəti bu gün qazandıq. Onu da,Xəyal Əliyevi də. İnanıram ki, gələcəkdə də belə davam edərlər.
- Niyə künc və standart zərbələri asmalar edirdik, yerlə ötürmə vermirdik?
- Rəqibin boşluqları var idi. Təəssüf ki, biz yaxşı icra etmədik. Deməzdim ki, onlar müdafiədə o qədər yaxşı idilər. Ən boşluq olan yerlərindən biri standart vəziyyət idi.
- “Qarabağ”da müntəzəm çıxış etməyən Abbas Hüseynov bu gün start heyətində yer aldı. Sırf Abbasın oynamasının xüsusi səbəbi var?
- Ona qalsa, bir çox futbolçu komandasında oynamır. Abdulla Xaybulayev də oynamırdı. Niyə Abdullanı demirsiz?
- Fransa ilə oyun ərəfəsində heyətdə dəyişiklik çox olacaq?
- Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq. Bilirik Fransadı, rəqib haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq. Bu gün reallıq var ki, qrupdakı rəqiblər bizdən güclüdü. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdi.
- Millidən irəliləyiş gözləməyə dəyər?
- Olar. Buna inanırıq. Ruhdan düşmək lazım deyil. Hələ komandamız da gəncdi, gəncləşir. Birinci məqsəd olmalıdı ki, C liqasına qayıdaq. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki ora tam hazır olmaq lazımdı. Gələcəyin işidi. Millidə böyük nəticə haqda fikirləşmək tezdi. Amma çalışmaq lazımdı.
- Fransa ilə oyunöncəsi heyətlə bağlı nə düşünürsüz?
- Emin, Elvin böyük itkidi. Heyət də geniş deyil. Eminin 70-75 dəqiqə oynayacağını fikirləşirdik. Amma 2-ci matçı da fikirləşdik. Zədəsi sağalıb. Amma bilirdik ki, “Neftçi”də bir məşq edib, derbi oynamışdı. Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
7
12
football-plus.az

10Mənbələr