AZ

HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verib

Fələstinin HƏMAS hərəkatı daha bir israilli girovun meyitini Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.

"Report"un verdiyi məlumata görə, tibbi heyət artıq tabutu İsrailin Müdafiə Ordusunun hərbçilərinə təqdim edib.

Meyitin qalığı şəxsiyyətinin müəyyənləşdirilməsi və ekspertiza üçün o, Təl-Əvivdəki Əbu Kabir məhkəmə-tibbi institutuna göndəriləcək. Rəsmi şəxslərin sözlərinə görə, proses iki günə qədər vaxt ala bilər.

İsrail tərəfinin məlumatına görə, anklavda şəxsiyyəti hələ müəyyənləşdirilməmiş sonuncunu nəzərə almadan daha dörd girovun meyitləri qalır.

Seçilən
36
musavat.com

1Mənbələr