AZ

Hər gün yerkökü yesəniz, nə olar?

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Payız-qışda ən çox alınan tərəvəzlərdən biri də yerköküdür.

“Qafqazinfo”nun məlumatına görə, vitamin və minerallarla zəngin olan yerkökü bir çox orqanlar üçün faydalıdır, xəstəliklərlə mübarizədə böyük rola malikdir.

Təbii vitamin mənbəyi sayılan yerkökü qaraciyərə çox müsbət təsir göstərir. İnsan bədəninin ən həssas orqanlarından olan qaraciyərin lazımsız maddələrdən təmizlənməsində yerkökünün böyük faydası olduğu bildirilir.

Yerkökü bağırsaq qurdlarını saldığı üçün dünyanın bir çox ölkələrində uşaqlara mütəmadi şəkildə verilən tərəvəzlərdən biridir. Bu tərəvəzin tərkibində olan vitamin və maddələr uşaqlarda boy artımına kömək edir.

Tez-tez yerkökü yeyən insanların immunitet sistemi güclü olur deyə onlar az xəstələnirlər. Yerkökü dişlərin və sümüklərin güclənməsində faydalıdır.

Bu tərəvəz qəbizliyi aradan qaldırır, bağırsağın fəaliyyətini yaxşılaşdırır.

Həkimlərin fikrincə, yerkökü xolestrolu azaldır, damarları gücləndirir, qan dövranının yaxşılaşmasına müsbət təsir göstərir.

Alimlərin araşdırması nəticəsində məlum olub ki, A vitamini ilə zəngin olan yerkökü orqanizmdəki hüceyrələrin yenilənməsinə kömək edir.

Yerkökünün zehni fəaliyyəti yaxşılaşdırma, yaddaşın güclənməsinə köməklik göstərmə kimi faydaları da var.

Bu tərəvəzin tərkibində olan vitamin və minerallar görmə qabiliyyətinin yaxşılaşmasına müsbət təsir edir.

Yerkökündən kosmetik məhsulların hazırlanmasında geniş istifadə olunur. Çünki yerkökü dərinin cavan qalmasına köməklik göstərir.

Yerkökü şirəsi də olduqca faydalıdır. Kök şirəsi vitamin çatışmazlığı zamanı yaranan bir çox problemlərin aradan qaldırılmasına kömək göstərir. Kök suyu arıqlamaq arzusunda olanlara məsləhət görülür. Belə ki, aşağı kalorili olduğu üçün çəki atmaqda yardımçı olur. Arıqlamanı asanlaşdıran toksinləri azaldır. Kök suyu dəmir çatışmazlığından əziyyət çəkənlər üçün faydalıdır.

Kök şirəsinin tərkibində fosfor olduğu üçün halsızlığın aradan qaldırılmasında, enerji yığmaqda çox faydalıdır.

Şəkər xəstəliyindən əziyyət çəkən insanlar da yerkökü şirəsindən faydalana bilərlər. Bu tərəvəz şəkərin normal səviyyədə qalmasına, stabilləşməsinə kömək dir.

1 ədəd 60 qramlıq yerkökünün tərkibində olanlar

- 0.6 qr protein.

- 2.9 qram şəkər.

- A vitamini.

- C vitamini.

- E vitamini.

- K vitamini.

- B6 vitaminləri.

- Kalsium.

- Dəmir.

- Maqnezium.

- Fosfor.

- Kalium.

- Natrium.

- Omeqa 3 yağ turşuları.

- Omeqa 6 yağ turşuları.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
qafqazinfo.az

1Mənbələr