AZ

ABŞ bu türk şirkətlərinə sanksiya tətbiq edir

Vətəninfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İrana ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) tədarükü və şəbəkənin təşviqi ilə bağlı bir sıra şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Türkiyə də sanksiyalara məruz qalan ölkələr sırasındadır.

Qeyd olunur ki, Türkiyədə fəaliyyət göstərən “Arkedya Gıda”, “İntro Oto Yedek Parça”, “Öz Uçar Gıda”, “Royal Yapı İnşaat”, “Loris Turizm”, “Özkam Nəqliyyat” və “Artaş Gümrükleme” İran Şahid-1313 və ŞahAV-1313 üçün mühərriklərin tədarükü ilə məşğul olan Honq-Konqda yerləşən QianXiLong və Hin Yun şirkətlərindən yüz minlərlə dollar məbləğində ödənişlər alıb.

İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Honq-Konq, Almaniya və Ukraynada fəaliyyət göstərən şəxslər və şirkətlər də sanksiyalara məruz qalıb.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi bildirir ki, yuxarıda adı çəkilən şəbəkələr ABŞ və Körfəz Əməkdaşlıq Təşkilatının Yaxın Şərqdəki personalı, həmçinin Qırmızı dənizdəki ticarət gəmiləri üçün ciddi təhlükə yaradır.

Seçilən
23
veteninfo.az

1Mənbələr