Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Nuşravan oğlu Ağayev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Zeynal Nağdəliyev təqdimatda çıxış edərək, dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.