AZ

Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu

Bu gecə Ukrayna ordusu Rusiyanın Novorossiysk limanına pilotsuz təyyarələr hücum edib.

Tribunainfo.az xəbər verir ki, zərbədən sonra neft terminalında irimiqyaslı yanğın başlayıb.

Məlumatlara görə, Transneft-in boru kəmərlərinin son nöqtəsi olan Şesxaris neft ixrac terminalı hücuma məruz qalıb. Bu, Rusiya neftinin və neft məhsullarının Qara dənizdən keçərək ixracı üçün strateji əhəmiyyətli mərkəzdir.

Yerli əməliyyat qərargahının məlumatına görə, hücum nəticəsində Şesxaris daşıma kompleksindəki neft anbarına və sahil strukturlarına ziyan dəyib.

Fərda Uğur

Seçilən
9
1
tribunainfo.az

2Mənbələr