AZ

Paşinyan: Bu məsələdə Əliyevlə razılaşdım

BAKI, 14 noyabr. TELEQRAF

“Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdıq ki, “Tramp yolu” layihəsi çərçivəsində bəlkə də ən tez həyata keçirilə biləcək hissə elektrik xətləri və qaz kəmərinin tikintisidir”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Bu, ilkin müzakirə idi; sonrakı müzakirələrdə bu məsələ daha konkret və aydın olacaq”, - o qeyd edib.

Baş nazir əlavə edib ki, layihənin həyata keçirilməsinə heç bir əngəl yoxdur: “Bütün problemli məsələlər Vaşinqton Bəyannaməsində əksini tapıb. Bizdən yalnız razılaşmanı icra etmək qalır və bunu icra etməmək üçün heç bir maneə yoxdur”.

Nikol Paşinyan əlavə edib ki, “Tramp yolu” həm sülh prosesinin yekun nəticəsi, həm də uzunmüddətli sülh üçün mühüm səbəbdir.

Seçilən
19
teleqraf.com

1Mənbələr