AZ

Əcaba, bir tank nə görür yuxusunda? Orxan Vəli Kanıkın şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün türk şair Orxan Vəli Kanıkın anım günüdür.Kulis.az bu münasibətlə Dilsuzun tərcüməsində Orxan Vəli Kanikin şeirlərini təqdim edir.

Quyruqlu şeirBizimki tutmaz, qardaşım,

Sən ciyərçi pişiyi,

mən küçə pişiyi.

Sənin yeməyin qalaylı qabda,

Mənim yeməyim aslan ağzında.

Sən yuxunda eşq görürsən,

Mən sümük.

Amma sənin işin də

asan deyil,

Asan deyil, yəni,

Allahın verdiyi

hər gün quyruq bulamaq.Çox şükür

Çox şükür,

insan var evdə;

Nəfəs var,

Ayaq səsi var,

Çox şükür, çox şükür.Bizim kimi

Əcaba,

bir tank

nə görür yuxusunda?və bir təyyarə

nə düşünür

tək qaldığı zaman?

Həp bir ağızdan

türkü oxumağı

sevməzmi qaz maskaları

Ay işığında?

Və tüfənglərin

mərhəməti yoxdurmu,

heç olmasa, biz insanlar qədər?QüssələnirəmMəktub alıram - qüssələnirəm;

Mey içirəm - qüssələnirəm

Üsküdarda

"Kazımın türküsü"nü oxuyarlar -

qüssələnirəm.

Nə olacaq bunun axırı?Bilmirəm... Bilmirəm... Bilmirəm...Gözəl havalarMəni bu gözəl havalar məhv etdi,

Belə havada

ərizə yazdım,

çıxdım işdən,

Belə havada alışdım

siqaret çəkməyə.

Belə havada aşiq oldum.

Belə havada unutdum

evə duz-çörək aparmağı.

Belə havada şiddətləndi

şeiryazma xəstəliyim.

Qərəz,

bu gözəl havalar

məhv etdi məni.

Həmid Herisçi: "Üzeyir "Məşədi İbad"ı yazarkən Tağıyevi hədəf götürüb" - İDDİA

Ramiz Quliyev II Fəxri Xiyabanda dəfn olunacaq

Qızını torpağa verib səhnəyə çıxan Şövkət Ələkbərova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
234
50
kulis.az

10Mənbələr