AZ

Papuaşvili: Bakı düzgün yoldadır, bizim müxalifət kimi düşünmür

BAKI, 14 noyabr. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülh sazişi əldə edildikdən sonra gələcəyə baxmalı və regionun birgə məkan kimi inkişafını düşünməliyik”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə deyib.

Spikerin sözlərinə görə, Ermənistan və Azərbaycan düzgün siyasət aparır, öz xalqlarının rifahı naminə hər kəslə əməkdaşlıq etməyə çalışır.

“İkitərəfli münasibətlər və regiondakı dinamika vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişi əldə edildikdən sonra gələcəyə baxmalı və regionun birgə məkan kimi inkişafını düşünməliyik. Hər birimiz bir-birimizi gücləndirməliyik ki, hər bir ölkə üçün vacib olan işlərdə həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan üçün uğur qazanaq. Bu, ölkəmizin suverenliyinin gücləndirilməsi və əhalinin rifahının artırılması deməkdir.

Artıq görürük ki, Ermənistan və Azərbaycan düzgün siyasət aparır, öz xalqlarının xeyri üçün hər kəslə əməkdaşlıq etməyə çalışır. Onlar bizim müxalifət kimi düşümürlər, bizim xaricdən idarə olunan müxalifət düşünür ki, bütün istiqamətlərə baxmalı və yalnız Brüsselin göstərişlərini gözləməlisən”.

Seçilən
18
teleqraf.com

1Mənbələr