AZ

Maka Boçorişvili: Azərbaycan-Gürcüstan-Ermənistan əməkdaşlığı davam edəcək

BAKI, 14 noyabr. TELEQRAF

Gürcüstan avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh razılaşmasını alqışlayır.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdən sonra bildirib.

“Bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına yönəlmiş addımdır və regionun uzunmüddətli sabit inkişafı üçün imkanlar açır. Gürcüstan həmişə regionun inkişafı, onun sülh və sabitliyində mühüm rol oynayıb və regional əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.

Bu il Tbilisidə ilk dəfə Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli görüş keçirilib və məqsəd Cənubi Qafqaz ölkələrinin qarşılıqlı faydalı əməkdaşlığı üçün əsas yaratmaqdır. Əminəm ki, bu əməkdaşlıq davam edəcək və həm üç ölkəyə, həm də bütövlükdə regiona mühüm nəticələr gətirəcək”, - nazir qeyd edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr