AZ

Dünyanın ən güclü orduları açıqlandı

Rusiya hərbi güc baxımından dünyanın ən güclü orduları reytinqində ikinci yeri tutur.

"Unikal" xəbər verir ki, bu barədə "Business Insider" nəşri "Global Firepower" reytinqinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın "PowerIndex" göstəricisi 0,0788 olub və ölkə bu nəticə ilə dünyanın ən güclü ordularından biri kimi ikinci pillədə qərarlaşıb. Qeyd edilir ki, Rusiya yalnız geniş hərbi imkanlara deyil, həm də böyük nüvə potensialına sahibdir.

Reytinqin zirvəsində ABŞ ordusu dayanır. Üçüncü yeri isə Çin ordusu tutur. Ukrayna ordusu siyahıda yalnız 20-ci pillədə yer alıb və bu baxımdan İndoneziya, Avstraliya, Cənubi Koreya və Türkiyədən geri qalıb.  

Seçilən
16
1
unikal.az

2Mənbələr