AZ

Ermənistanda keçmiş nazir hökuməti borcları gizlətməkdə suçladı

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin eks-sədri David Ananyan maliyyə naziri Vahe Ovannisyanın parlamentdə səsləndirdiyi borc rəqəmlərini “manipulyativ” adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

David Ananyanın sözlərinə görə, nazirin “borc iki dəfə artmayıb, 80% yüksəlib” iddiası ya riyazi səhvdir, ya da cəmiyyəti aldatmaq cəhdidir.

Ananyanın təqdim etdiyi əsas faktlar bunlardır:

Dövlət borcu iki dəfə artıb.

2017-ci ildə 6,77 milyard dollar olan borc 2025-ci ildə 14,2 milyard dollara çatıb. Dramla hesablandıqda artım +66% təşkil edib. Ananyan bunu “büdcənin süni nəfəs aparatı” adlandırır.

Son iki ildə daxili borc kəskin yüksəlib.

Daxili borcun artımı +630 milyard dramdan çoxdur və ilk dəfə xarici borcu üstələyib. Ananyana görə, bu, “uğur deyil, Azərbaycanın kredit bazarlarının Ermənistan üçün bağlanmasının nəticəsidir”.

Daxili borc xaricidən daha bahadır.

Xarici kreditlər illərlə 2–3% ilə cəlb olunurdu, hazırda dövlət istiqrazları 8–10% ilə satılır. Bu isə büdcəyə əlavə yükdür.

Xarici borcun azalması geri qaytarma deyil - yeni kredit ala bilməməkdir.

Ananyan deyir ki, Ermənistanın beynəlxalq maliyyə etibarı zəifləyib və ölkəyə yeni xarici kreditlər verilmir.

Dramın möhkəmlənməsi borcu dollarda “kiçik” göstərir.

Lakin ödənişlər dramla aparıldığı üçün real yük daha böyükdür.

Nəticə olaraq, Ananyan hökumətin borcu “stabil” adlandırmasını qəti şəkildə rədd edir və bunu “dövlət maliyyələrində böhranın ört-basdır edilməsi” kimi qiymətləndirir:

“Bu, borc dayanıqlığı deyil - borc tələsidir. Hökumət borcu idarə etmir, sadəcə onun hesabına özünü ayaqda saxlayır”.

Musavat.com 

Seçilən
14
musavat.com

1Mənbələr