AZ

“Xameneiyə qarşı hücum ölkədə parçalanma yarada bilər” - Pezeşkian

“İran İslam Respublikasının sabitliyi tam şəkildə ölkənin ali dini lideri Seyid Əli Xameneinin təhlükəsizliyindən asılıdır”.

Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışında deyib.

O xəbərdarlıq edib ki, Xameneiə qarşı mümkün hücum ölkədə “daxili çöküş və parçalanma” yarada bilər.

Pezeşkian iyun ayında baş vermiş İran–İsrail müharibəsinə bildirib ki, həmin dövrdə onun əsas narahatlığı məhz ali rəhbərə hücum halında ölkə daxilində qarşıdurmanın alovlanması olub.

Prezidentin sözlərinə görə, hakimiyyətin zəifləməsi üçün xarici müdaxilə yox, daxili fikir ayrılıqları kifayətdir.

Pezeşkian siyasi qrupları birliyə çağıraraq daxili gərginliyin ölkə üçün ən böyük təhdid olduğunu qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
58
1
missiya.az

2Mənbələr