AZ

“İsgəndər”in qəlpələri Azərbaycan Səfirliyinin binasına dəyib


Rusiyanın pilotsuz təyyarə və raket hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirliyinin binasına da ziyan dəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, bina “İsgəndər” raketinin qəlpələri nəticəsində zədələnib.
Hələ ki, nə səfirlik, nə də Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb.
Qeyd edək ki, 2025-ci ilin avqustunda rus qoşunlarının Kiyevə hücumu zamanı da Azərbaycan səfirliyinin binasına ziyan dəymişdi.
Xatırladaq ki, Ukraynanın paytaxtı Kiyevə pilotsuz təyyarə və raket hücumu gecə yarısından sonra başlayıb.
Noyabrın 14-də gecə yarısına olan məlumata görə, 4 nəfərin öldüyü təsdiqlənib. Bununla yanaşı, 29 nəfərin yaralandığı qeydə alınıb.
Seçilən
0
4
yeniavaz.com

5Mənbələr