AZ

Maksim Qalkin İsraildə bayrağa hörmətsizlik ittihamı ilə HƏBS EDİLƏ BİLƏR – VİDEO

Maksim Qalkin İsrailin milli təhlükəsizlik xidməti tərəfindən bayrağa hörmətsizlik ittihamı ilə yoxlanılır.

İnterpress.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Qalkin konsertində simvolik olaraq İsrail bayrağını Ukrayna bayrağı ilə örtüb.

Yerli fəallar bu hərəkəti milli simvola hörmətsizlik kimi qiymətləndirərək İsrail Xarici İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinə müraciət ediblər.

Qanuna görə, dövlət bayrağını qəsdən təhqir etmək üç ilə qədər həbs və ya 15 min dollara qədər cərimə ilə cəzalandırıla bilər.

Yoxlama Maksim Qalkinin İsrailin milli simvolunu təhqir edib-etmədiyini müəyyənləşdirmək məqsədi daşıyır və o, həbs və ya cərimə ilə üzləşə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
1
interpress.az

2Mənbələr