Rusiya ordusunun Kiyevə son hücumu nəticəsində ölən və xəsarət alanların sayı artıb.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, Kiyevə son hücumu nəticəsində ölənlərin sayı 6-ya, xəsarət alanların sayı isə 35 nəfərə çatıb.
***
12:57
Rusiya ordusunun Kiyevə endirdiyi zərbələrdən sonra baş verən partlayış və dağıntılar nəticəsində yaralıların sayı 29 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “Unian” Kiyevin meri Vitali Kliçkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edildiyindən axtarış-xilasetmə əməliyyatı davam edir.
Yaralılar arasında 7 və 10 yaşlarında iki uşaq, həmçinin hamilə qadın var.
Şəhərin Desnyanski rayonundakı dağıntıya məruz qalmış binada dörd nəfərin həlak olduğu təsdiqlənib.
***
08:51
Rusiyanın Kiyevə dron və raket hücumu nəticəsində bir nəfər ölüb, yaralıları sayı 24-ə çatıb.
APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.
***
07:23
Rusiyanın Kiyevə dron və raket hücumu nəticəsində 16-ya nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
Onun sözlərinə görə, xəsarət alanlar arasında 10 yaşlı uşaq da var.
Tkaçenko bildirib ki, Kiyevin Obolon rayonunda yaşayış binasının 7-ci və 9-cu mərtəbələri yanır.
Bundan başqa, Svyatoşin rayonunda da yaşayış binasında yanğın başlayıb (bundan əvvəl yalnız fərdi yaşayış evinin yandığı bildirilmişdi). Desnyanski rayonunda da bir neçə yanğın hadisəsi qeydə alınıb.
Şevçenko rayonunda isə inzibati binanın yandığı bildirilir.
Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Kiyevdə təxminən 10 çoxmərtəbəli yaşayış binası zərər görüb.