AZ

Kiçik Trampın Ermənistan səfəri ləğv edildi: Kilsə təzyiqi iddiaları gündəmdə – ÖZƏL

ABŞ Prezidentinin oğlu və biznesmen kiçik Donald Trampın Ermənistana planlaşdırılan səfərinin ləğvi ilə bağlı müzakirələr səngimir. İddialara görə, səfərin dayandırılmasına "Tashir Capital" şirkətinin rəhbəri Narek Karapetyanın Taker Karlsona verdiyi və hökumətin Apostol Kilsəsinə təzyiqlərini tənqid edən müsahibə səbəb olub. Müsahibədə səslənən fikirlər ABŞ ictimaiyyətində böyük rezonans yaradıb və bunun ardınca səfərdən imtina edildiyi bildirilir.
Kiçik Tramp Ermənistana gələrsə, iki əsas mövzunu müzakirə edəcəkdi: ABŞ biznesinin "TRİPP Marşrutu" layihəsinə qoşulması və onun şirkətlərindən biri ilə Ermənistan arasında PUA tədarükü üzrə böyük müqavilənin razılaşdırılması. 

"Əslində kiçik Donald Trampın səfəri rəsmi dövlət səfəri deyildi, daha çox biznes və şəxsi əlaqələr səfəri kimi görünürdü".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əfsanə İbrahimova deyib. Siyasi ekspert bildirib ki, bu cür səfərlər Ermənistan kimi kiçik ölkələrdə daha çox  simvolik əhəmiyyət daşıya bilər. Buna görə də səfərin  real siyasi təsir gücü məhduddur. Əgər səfər zamanı rəsmi görüşlərdən kənar kilsə məsələsinə toxunulsa, ABŞ-nin mövqeyi kimi qəbul edilmək riski var. "Tashir Capital" rəhbərinin müsahibəsi ABŞ-də rezonans doğurubsa, ABŞ ictimaiyyəti və media Ermənistanda kilsələrə hücum məsələsini daha diqqətə ala bilər. Bu, rəsmi qərarvermə mexanizmlərinə deyil, həmçinin ABŞ-də ictimai təzyiqinə yol aça bilər. Səfər baş tutsaydı, Ermənistan hakimiyyətinin kilsə ilə münasibətlərinə "dərin təsir" ehtimalı azdır, amma beynəlxalq diqqəti artırmaq vasitəsi kimi işləyə bilərdi. Buna baxmayaraq, 
ABŞ administrasiyaları adətən şəxsi biznes maraqları ilə rəsmi siyasəti qarışdırmamağa çalışırlar, amma bəzi hallarda media və diplomatik təzyiq mexanizmlərində dolayısı ilə istifadə edilə bilər. 

"Rusiya ilə danışıqlar kontekstində isə: ABŞ üçün Ermənistan və region strateji əhəmiyyət daşıyır. Burada "Trampın biznesi" vasitəsi kimi spekulyasiya mümkündür, amma real qərarlar daha çox rəsmi diplomatiya və milli maraqlar əsasında qəbul olunur. ABŞ biznes maraqları (PUA və "TRİPP Marşrutu") konkret iqtisadi əməkdaşlıq olaraq qalır və siyasi spekulyasiyaya çevrilməsi risklidir, amma nəzərə alınmalı məsələdir. Çünki bu risk gələcəkdə aktual problemə çevrilə bilər," - deyə siyasi ekspert əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr