AZ

Kiyevdə korrupsiya bombası partladı: 100 milyon dollarlıq izlər

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) “Enerqoatom” işi üzrə aparılan araşdırma zamanı təxminən 100 milyon dollar həcmində oğurluq və maliyyə manipulyasiyalarını müəyyən edib.

Musavat.com xəbər verir ki, bu barədə NABU direktoru Semen Krivonos “Ukrainska Pravda”ya açıqlama verib.

Krivonos bildirib ki, bu məbləğ hələlik yalnız operativ məlumatlar əsasında təsdiqlənmiş rəqəmdir və əhəmiyyətli dərəcədə daha böyük ola bilər:

“Sənədləşdirmə mərhələsində biz müəyyən etdik ki, ofisdən müxtəlif sxemlər vasitəsilə təxminən 100 milyon dollar keçib. Bu rəqəm daha böyük ola bilər — bu, yalnız operativ məlumatlarla təsdiqlədiyimiz hissədir".

NABU-nun rəhbəri qeyd edib ki, istintaqın növbəti mərhələsi tammiqyaslı maliyyə auditinin aparılması olacaq. Bu proses çərçivəsində tədqiqatçılar dövlət və özəl banklar vasitəsilə aparılmış əməliyyatları, eləcə də xaricə pul köçürmələrini izləyəcək.

Krivonosun sözlərinə görə, şübhəli şəxslər kriptovalyutalardan da istifadə edib, bu isə araşdırmanı daha da mürəkkəbləşdirir. O qeyd edib ki, beynəlxalq tranzaksiyaların izlənməsi üçün xarici ölkələrin hüquq-mühafizə orqanlarının köməyi və birgə istintaq qruplarının yaradılması tələb oluna bilər.

NABU hazırda bütün sxemi tam şəkildə bərpa etmək və oğurlanmış vəsaitlərin həcmini dəqiq müəyyənləşdirmək üzərində işləyir.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr