AZ

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 3 milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında xarici maliyyə mənbələrindənəsas kapitala 3,343 milyard manat məbləğində investisiyaedilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən34,3 faiz artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların2,535 milyard manatı neft-qaz sektoru, 808,1 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 10ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindənAzərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmişinvestisiyaların həcmi 20,4 faiz, qeyri-neft-qaz sektoru üzrə isə2,1 dəfə artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 14,830 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 6,0 faiz artıb.

Ümumi sərmayənin 7,500 milyard manatı və ya 50,6 faizi məhsulistehsalı sahələrinin, 4,863 milyard manatı (32,8 faizi) xidmətsahələrinin, 2,467 milyard manatı (16,6 faizi) isə yaşayışevlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 50,8 faizi dövlət, 49,2 faizi qeyri-dövlətsektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun77,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxilimənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumisərmayənin 77,5 faizini təşkil edib.

Məqalədə:
Seçilən
121
az.trend.az

1Mənbələr