AZ

Azərbaycan və Ukrayna prezidentləri telefon danışığı aparıb — Zelenski

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub. Bu barədə Ukrayna lideri Zelenski “X” sosial şəbəkəsində paylaşım edib.

Zelenski bildirib ki, İlham Əliyev Rusiyanın Kiyevi raket atəşinə tutması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

 “İlham Əliyevə dəstəyinə və xalqımıza başsağlığı verdiyinə görə minnətdaram. Ötən gecə rusiyalılar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, Azərbaycan Səfirliyi də daxil olmaqla, obyektlərə ziyan dəyib", - o bildirib. 

Telefon danışığı zamanı həmçinin Azərbaycan və Ukrayna arasındakı əməkdaşlıq və diplomatik əlaqələrin davam etdirilməsi məsələləri müzakirə olunub.

Seçilən
43
3
anews.az

10Mənbələr