Enerji sektorunda ikitərəfli əməkdaşlıq elektrik enerjisinin istehsalı və ötürülməsi istiqamətlərində uğurla inkişaf etməkdədir.
Aznews.az xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu deyib.
Onun sözlərinə görə, hər iki tərəf yeni elektrik istehsalı və mübadiləsi layihələrini təşviq edir.
“Eyni zamanda, İran, Azərbaycan və Rusiya Federasiyası arasında elektrik şəbəkələrinin üçtərəfli inteqrasiyası üzrə proqram yekunlaşma mərhələsindədir, bu da tələbat yarandığı təqdirdə, enerji mübadiləsinin qarşılıqlı əsaslarla reallaşdırılmasına imkan yaradacaq. Qaz mübadiləsi - swap əməliyyatları da uğurla davam etdirilir. Xüsusilə, Azərbaycan qazının İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına çatdırılması layihəsi icraatdadır”, - diplomat bildirib.