Bakı. Trend:
İsveçrənin Bazel şəhərində "Azərbaycan İsveçrə ilə Xəzərdən Alpdağlarınadək hərəkətlərin ahəngində qovuşur - MədəniyyətlərKörpüsü" (“Azerbaijan Meets Switzerland in Harmony of Movements –From the Caspian to the Alps, Bridge of Cultures”) adlı tədbirkeçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin sədri Fuad Muradov tədbirdə iştirak edib. Komitəsədri çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyidiaspor siyasətinin çoxşaxəliliyini və Birinci vitse-prezidentMehriban Əliyevanın xalqımızın milli mədəni irsinin qorunması,gələcək nəsillərə ötürülməsi, bütün dünyada tanıdılmasıistiqamətində əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Qərblə Şərqinqovşağında yerləşən Azərbaycanın bu iki böyük mədəniyyəti ahəngdarşəkildə sintez etdiyini, multikulturalizmin, tolerantlığın örnəkməkanına çevrildiyini vurğulayıb.
Tədbirdə İsveçrədə və ümumilikdə Avropada yaşayansoydaşlarımızın təşəbbüsü ilə həyata keçirilən mədəni proqramlarınAzərbaycan haqqında obyektiv təsəvvürlərin formalaşmasına vəölkəmizin mədəni diplomatiyasının daha da güclənməsinə mühüm töhfəverdiyi bildirilib. Bu baxımdan da keçirilən tədbirin adında Xəzərdənizindən Alp dağlarına qədər geniş bir coğrafiyanın əhatəedilməsinin təsadüf olmadığına diqqət çəkilib. Bununla yanaşı 8Noyabr – Zəfər Günündən bəhs olunaraq şanlı Zəfərimizin Azərbaycantarixinə qızıl hərflərlə yazıldığı, bu Qələbənin xalqımızın birlik,iradə və qəhrəmanlığının ən parlaq təcəssümü kimi nəsillərə örnəkolduğu vurğulanıb.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası vəLixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Fuadİsgəndərov Azərbaycan ilə İsveçrə arasında qurulan bu mədəniyyətkörpüsünün incəsənətlə yanaşı, xalqlarımız arasında qarşılıqlıhörmətin, anlaşmanın və dostluğun da gücünü nümayiş etdirdiyinisöyləyib.
“Buta” Rəqs Dərnəyinin rəhbəri Arzu ƏliyevaBodmer çıxışında İsveçrədə Azərbaycan mədəniyyətinintəbliği, xalqlar arasında qarşılıqlı anlayış və dostluğunmöhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdəndanışıb. O, Xəzərdən Alp dağlarına uzanan mədəniyyət körpüsününxalqları birləşdirən ortaq dəyərlərə söykəndiyini deyib.
Tədbir çərçivəsində fotoqraf Andre Jabalinin Azərbaycanıntarixini, mədəni irsini və təbiət gözəlliklərini əks etdirənfotosərgisi nümayiş olunub. İştirakçılar sərgini, eləcə dəölkəmizin rəngarəng gözəlliklərini heyranlıqla izləyiblər.
Tədbir bədii hissə ilə davam edib. Azərbaycandan “Ritm” rəqsqrupu, Avstriyada yaşayan vokal ifaçısı Orxan Cəlilov, bəstəkar vəpianoçu Vasif Hüseynin ifasında bir-birindən ecazkar Azərbaycanmilli rəqs və musiqiləri zövq oxşayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsi, komitənin tabeliyindəki Azərbaycan DiasporunaDəstək Fondunun dəstəyi ilə baş tutan tədbirin təşkilatçısı“Azərbaycan Dostları” Birliyi və beş ildir birliyin nəzdindəfəaliyyət göstərən “Buta” Rəqs Dərnəyidir.