AZ

Gürcüstan Prezidenti Mirzoyana Azərbaycan haqqında görün nələr dedi

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ən qısa müddətdə imzalanmasını gözləyir.

KONKRET.az xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Kavelaşvili bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.

O qeyd edib ki, Tbilisi tərəflərin sülh müqaviləsinə doğru irəliləməsini alqışlayır.

“Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Belə bir müqavilə Cənubi Qafqazda müsbət inkişaf dinamikasını və regionun cəlbediciliyini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq. Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır”, – Kavelaşvili vurğulayıb.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili erməni həmkarı Ararat Mirzoyanla görüşündə bildirib ki, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq, dostluq və strateji tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, həm də bütün Cənubi Qafqazın rifahı və sabitliyi üçün vacibdir.

Onun sözlərinə görə, Gürcüstan uzun illərdir regionun davamlı və dinc inkişafında əsas rol oynayıb və regional əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə davam edəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
0
1
konkret.az

2Mənbələr