AZ

Qol vura bilməyən Neymar əvəzləndiyi üçün söyüş söyüb

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Braziliyalı ulduz futbolçu Neymarın Braziliyanın “Santos” klubuna qayıdışı uğursuz alınıb.

İdman.Biz xəbər verir ki, “The Touchline” nəşrinin hazırladığı statistikaya görə, braziliyalı ulduz son altı matçda nə qol vurub, nə də məhsuldar ötürmə verib.

Komanda isə bu müddətdə turnir cədvəlində geriləyərək düşmə zonasına yuvarlanıb.

Son oyunda isə Neymarın əvəzləndikdən dərhal sonra birbaşa paltardəyişmə otağına yollandığı, orada əsəbi şəkildə qışqırdığı, söyüş söydüyü iddia olunur.

Məlumat üçün əlavə edək ki, “Santos” klubu son oyunda səfərdə “Flamenqo”ya 3:2 hesabı ilə məğlub olub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
icma.az

2Mənbələr