AZ

Mirzoyan: Azərbaycanla sülh əldə etmək regionun inkişafına töhfə verəcək

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Azərbaycan arasında sülhün bərqərar olmasının regionun inkişafına töhfə verəcəyini bildirib.Turkustan.az xəbər verir ki, rəsmi danışıqlar üçün Gürcüstanın paytaxtı Tbilisiyə gələn Mirzoyan gürcü həmkarı Maka Botçorişvili ilə görüşüb.Xarici İşlər Nazirliyində keçirilən ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında danışan Botçorişvili bildirib ki, Gürcüstan və Ermənistan arasında strateji əlaqələr mövcuddur.Botçorişvili ikitərəfli görüş zamanı regional hadisələri də müzakirə etdiklərini bildirib.ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığını xatırladan Botçorişvili deyib: "Gürcüstan avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişini alqışlayır. Bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi istiqamətində real addımdır və regionun uzunmüddətli, sabit inkişafı üçün yol açır".

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr