Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
“Fənərbağça”nın yay transfer pəncərəsində heyətinə qatdığı ulduz qapıçı Ederson Moraeş keçid prosesi və Türkiyəyə uyğunlaşması barədə geniş açıqlama verib.
Fanat.Az xəbər verir ki, braziliyalı əlcək sahibi həm keçmiş çalışdırıcısı Pep Guardiola ilə danışığından, həm də İstanbulda onu heyran edən atmosferdən söz açıb.
Ederson bildirib ki, “Fənərbağça”ya transfer olmaq qərarını verdikdən sonra birbaşa Pep Qvardiola ilə əlaqə saxlayıb:
“Fənərbağçaya keçmək barədə qərar verdiyim kimi Pep ilə danışdım. O, mənə komandaya düzgün şəkildə vida etməyin vacibliyini dedi və bunun üçün geri qayıdıb hər kəslə şəxsən görüşməli olduğumu söylədi. Daha sonra isə karyeram ərzində neçə qələbə qazandığımı xatırladan ayrıca bir mesaj göndərdi. Bu, mənim üçün çox dəyərli idi.”
Braziliyalı qapıçı Türkiyədə futbola yenidən böyük həvəs duyduğunu deyib:
“Burada futbolu yenidən yaşayıram, atmosfer gerçəkdən dəli kimi təsir edir. Azarkeşlərin ehtirası və stadiona gətirdiyi enerji mənə xüsusi güc verir.”
Ulduz qapıçı "Fənərbağça"nın uzun illərdir həsrət qaldığı çempionluq yolunda əzmlə çalışdıqlarını vurğulayıb:
“Klubum uzun müddətdir liqa titulunu qazana bilmir. Mənim əsas hədəfim bu komandaya yenidən zirvəyə yüksəlməkdə kömək etməkdir. Bu klubun tarixi, azarkeş kütləsi və ambisiyası buna layiqdir. Burada böyük uğurlara imza atmaq istəyirəm.”
Edersonun bu açıqlaması “Fənərbağça” azarkeşləri arasında böyük maraqla qarşılanıb və braziliyalı qapıçının liderlik rolu da artıq təriflənməyə başlayıb.
Kamil Xudiyev
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.