Dördqat “Böyük Dəbilqə” çempionu və dünya 2-cisi, italyan tennisçi Yannik Sinner İtaliyanın Turin şəhərində keçirilən ATP Yekun çempionatının qrup mərhələsində üçüncü qələbəsini qazanıb.
İdman.Biz bildirir ki, o, amerikalı Ben Şeltonu (5-ci raketka) 6:3, 7:6 hesabları ilə məğlub edib.
Qarşılaşma 1 saat 35 dəqiqə davam edib.
ATP Yekun çempionatının yarımfinalında Sinner avstraliyalı Aleks de Minor ilə qarşılaşacaq.