AZ

ABŞ prezidentinin sabiq müşaviri hökumətdən 50 milyon dollar istəyir

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn hökumətdən 50 milyon dollar təzminat tələb edir.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb. Bildirilir ki, Flinn Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsində iştirakı iddiası ilə məhkəməyə verildiyi üçün hökumətdən təzminat tələb edib.

Agentlik qeyd edib ki, ABŞ Ədliyyə Nazirliyi yaydan bəri razılaşma danışıqları aparır. Flinn iddianı 2023-cü ildə qaldırıb və iddia edib ki, o, keçmiş xüsusi müşavir Robert Müller tərəfindən haqsız yerə hədəf alınıb.

Agentliyin yazdığına görə, Flinn əvvəlcə seçkilər zamanı Rusiya səfiri ilə əlaqələri barədə yalan danışmaqda günahını etiraf edib, lakin sonradan, 2020-ci ildə Tramp keçmiş köməkçisini əfv edib.

Flinn bu vəzifədə 2017-ci il yanvarın 23-dən fevralın 13-dək çalışıb. O, guya ABŞ-ın o vaxtkı vitse-prezidenti Mayk Pensə Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla söhbətləri barədə tam məlumat vermədiyinə görə istefa verməyə məcbur edilib. 2012-ci ildən 2014-cü ilə qədər Flinn Müdafiə Kəşfiyyat Agentliyinin direktoru vəzifəsində çalışıb.

Tramp daha sonra Flinnin vəzifədən kənarlaşdırılması qərarından təəssüfləndiyini bildirib. Ötən yaz o, hazırkı seçkilərdə qalib gələcəyi təqdirdə təqaüddə olan generalı ABŞ administrasiyasına bərpa etmək niyyətində olduğunu açıq şəkildə elan edib.

 

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr