AZ

Zaxarova Cənubi Afrika vətəndaşları ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Xüsusi hərbi əməliyyat (XHE) zonasına düşdüyü iddia edilən Cənubi Afrika vətəndaşları ilə bağlı Moskvanın əlində heç bir məlumat yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi44nin sözçüsü Mariya Zaxarova bəyan edib.

Brifinq zamanı jurnalistlərin suallarını cavablandıran Zaxarova mediada yayılan xəbərlərin mənbələrinin dəqiq olmadığını vurğulayıb:

“Rusiyada şəxsi mühafizəçi kimi təlim keçdiyi, daha sonra isə xüsusi əməliyyat zonasına aparıldığı iddia edilən şəxslərlə bağlı bizdə heç bir rəsmi informasiya yoxdur”, – deyə sözçü qeyd edib.

O əlavə edib ki, bu mövzuda Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirliyindən Moskvaya heç bir rəsmi sorğu daxil olmayıb.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
globalinfo.az

1Mənbələr