AZ

“Bir ay sonra hara gedəcəyimi bilmirəm” – evsiz qadının harayı – VİDEO

Sosial şəbəkələrdə vətəndaş Zamanova Lətafət Lətif qızının müraciətinin yer aldığı video geniş müzakirəyə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, o, müraciətində yaşadığı evdən çıxarıldığı və hazırda heç bir sığınacaq yeri olmadığını deyib.

Lətafət Zamanovanın sözlərinə görə, o müvəqqəti olaraq birinci qrup gözdən əlil olan bacısı oğlunun həyətinə yerləşib. Lakin bacısı oğlu da fiziki və sosial çətinliklər səbəbindən onu bir aydan çox saxlaya bilməyəcəyini bildirib.

O, mənzil probleminin həll edilmədiyini vurğulayıb.

Azyaşlı övladı ilə küçədə qalacaq qadın nazirlərə, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə də müraciət edib.

Zamanova bildirib ki, hazırkı vəziyyət həm ailəni, həm də azyaşlı çətin duruma salıb.

Ətraflı videonu təqdim edirik:

Seçilən
17
nocomment.az

1Mənbələr