2025-ci ilin ilk üç rübündə Azərbaycan xam palma yağı və onun fraksiyalarının idxalını əhəmiyyətli dərəcədə azaldıb. 2024-cü ilin eyni dövründə 48,9 min ton olan idxal həcmi 2025-ci ildə 31,1 min tona düşüb.
Bu, illik müqayisədə 36,5% azalma deməkdir. İdxalın ümumi məbləği 57,96 milyon dollardan 43,59 milyon dollara enib, yəni 24,8% azalma baş verib.
Dəyərin miqdardan daha az düşməsi orta idxal qiymətinin qalxması ilə əlqəqəlidir. 2024-cü ildə bir ton üçün təxminən 1 184 dollar təşkil edən orta qiymət 2025-ci ildə 1 403 dollara qalxıb.