BAKI, 16 noyabr. TELEQRAF
Rusiya hava hücumundan müdafiə qüvvələri son sutkada 57 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lardan 23-ü Samara, 17-i Volqoqrad, 5-i Saratov vilayəti ərazisində vurulub.
Bundan əlavə, 5 PUA Rostov, 3-ü Kursk, 3-ü Voronej, 1-i Bryansk vilayətlərində məhv edilib.