Musavat.com xəbər verir ki, BMT komitəsi Rusiyanın təqdim etdiyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və müasir dövrdə irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün müxtəlif formalarını gücləndirən təcrübələrlə mübarizə” adlı qətnaməni qəbul edib.
Qətnamə səsvermədə Qərb ölkələrinin ciddi müqavimətinə baxmayaraq təsdiqlənib.
Məlumata görə, demək olar ki, bütün Qərb dövlətləri — yalnız Serbiya və İsveçrə istisna olmaqla — sənədin əleyhinə səs veriblər. Qətnaməyə qarşı çıxanlar arasında Ukrayna, ABŞ, Kanada və Papua-Yeni Qvineya da yer alıb.
Rusiya qətnaməni müasir dövrdə neonasizmin və irqçi ideologiyaların yayılmasına qarşı mühüm addım kimi qiymətləndirib. Bəzi Qərb ölkələri isə sənədi Moskvanın siyasi manipulyasiyası kimi dəyərləndirdiklərini bildiriblər.
Qətnamə BMT Baş Assambleyasının plenar iclasına da çıxarılacaq.
Musavat.com
