AZ

Tramp qalmaqallı sənəddən danışdı: Qorxum yoxdur

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Konqresdəki Respublikaçıları Cefri Epşteyn işi ilə bağlı bütün faylları açıqlamaq üçün səs verməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “TruthSocial” sosial media platformasında paylaşım edib.

“Gizlədəcək heç nəyimiz yoxdur”, – deyə Ağ Ev rəhbəri bildirib.

Tramp deyib ki, Epşteyn işi fayllarının açıqlanması onun demokrat rəqiblərinə fayda verməyəcək:

“Çünki sənədlər ABŞ-ın keçmiş prezidenti Bill Klinton, həmtəsisçi eid Hoffman və Milli İqtisadi Şuranın direktoru Larri Sammers kimi tanınmış demokratlar haqqında zərərli məlumatları ehtiva edir.

Cefri Epşteyn sağ ikən heç kim onun vecinə deyildi. Demokratların əlində bir şey olsaydı, biz seçkilərdə qalib gəlməmişdən əvvəl onu yayardılar”.

Qeyd edək ki, milyarder cinsi cinayətkar Cefri Epşteyn işi ilə bağlı araşdırma çərçivəsində çoxsaylı sabiq yüksək vəzifəli şəxslərin adları hallanır. O, yetkinlik yaşına çatmayan qız uşaqlarını və çox sayda insanı cinsi istismarda və seks məqsədli insan qaçaqçılığı etməkdə ittiham olunurdu.

Əliyar Xəlil

Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
184
17
globalinfo.az

10Mənbələr