AZ

İrandan “Aİ3”lə bağlı qərar: Tehran nüvə danışıqları aparmayacaq

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu, Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək qərarı ilə bağlıdır”

İran artıq nüvə proqramı ilə bağlı Böyük Britaniya, Almaniya və Fransanın da daxil olduğu “Aİ3” ilə danışıqlar aparmayacaq. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Diplomat deyib ki, “bu, Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək qərarı ilə bağlıdır”. Lakin o əlavə edib ki, Tehran ABŞ və “Aİ3” ilə danışıqları iki ayrı yol kimi görür.

Xətibzadə qeyd edib ki, "Avropa ölkələri ilə münasibətlər davam edir, lakin biz nüvə proqramını müzakirə etməyəcəyik”.

26 sentyabrda BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin İrana qarşı sanksiyaların təxirə salınmasını daha altı ay uzatmaq üçün təklif etdiyi qətnamə layihəsini rədd edib. Rusiya, Çin, Pakistan və Əlcəzair sənədin lehinə səs verib. ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla doqquz ölkə əleyhinə səs verib.

1 oktyabrda ABŞ İranın nüvə proqramı və silah tədarükü ilə əlaqəli 44 şəxsə və təşkilata qarşı sanksiyalar tətbiq edib. Daha sonra ABŞ dövlət katibi Marko Rubio məhdudiyyətlərin BMT-nin İrana qarşı sanksiyalarının və tədbirlərinin "əhəmiyyətli dərəcədə yerinə yetirilməməsinə" görə "geridə qaldığını" açıqlayıb.

9 oktyabrda Rusiya Prezidenti Vladimir Putin Rusiya-Orta Asiya sammitində İranın nüvə proqramı ilə bağlı vəziyyətin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
295
50
ayna.az

10Mənbələr