AZ

Əlilliyi olan şagirdlərin müavinətləri niyə verilmir?VİDEO

Paytaxtın Nizami rayonunda yerləşən 3 nömrəli xüsusi təhsil məktəbinin şagirdlərinə dövlət tərəfindən ayrılan müavinət 5 aydır ki, yubadılır. Burada təhsil alan əlilliyi olan uşaqların valideynləri belə iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, məktəbdə əlilliyi olan 780 şagird təhsil alır.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən valideynlər iddia edirlər ki, bununla bağlı dəfələrlə tədris ocağının maliyyə şöbəsinə müraciət etsələr də, onlara heç bir məlumat verilmir:

Məktəbdən bildirildi ki, direktor işdən azad edildiyindən onun səlahiyyətlərini təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Quliyeva icra edir.

Arzu Quliyeva ilə əlaqə saxlamaq cəhdimiz isə baş tutumadı, onun məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırıldığı bildirildi. Məktəbin pedaqoji kollektivi də uşaqlara ayrılan müavinətlərin 5 aydır ləngidilməsi xəbərini təsdiqlədi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirldi ki, 3 nömrəli xüsusi təhsil məktəbində uşaqlara ayrılan müavinətin verilməsinin yubanması ilə bağlı araşdırma aparılır.

"Məsələnin həlli ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır",-deyə idarədən qeyd olundu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
138
15
xezerxeber.az

10Mənbələr