AZ

Mbappe məhkəmədə PSJ-dən 240 milyon avro kompensasiya tələb edir

Bakı. Trend:

Kilian Mbappenin PSJ ilə bağlı maliyyə məsələləri üzrəmübahisəsi davam edir. Forvard 2024-cü ildə Paris klubunu azadagent kimi tərk edərək “Real”a keçmişdi.

Trend xəbər verir ki, maliyyətələblərindən əlavə, Mbappe klubdan psixoloji təzyiq göstərilməsiilə bağlı şikayət verib və PSJ-ni 2023-cü ildə onu yeni müqaviləimzalamağa məcbur etməkdə ittiham edib.

Bu gün keçirilən məhkəmə iclasında məlum olub ki, futbolçuklubdan 240 milyon avro tələb edir. Mbappenin vəkili məhkəmədənoyunçunun təxmini aylıq maaşı kimi 14,8 milyon avro məbləğinin əsasgötürülməsini xahiş edib.

Qeyd edək ki, öz növbəsində PSJ-nin vəkili klubun tələbləriniaçıqlayıb. Parislilər Kilian Mbappedən 180 milyon avro məbləğindəzərərin ödənilməsini tələb edirlər.

Seçilən
185
11
az.trend.az

10Mənbələr