Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.
2025-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 102 min 794.6 ton kartof idxal edilib. İdxalın ümumi dəyəri isə 40 milyon 130.5 min dollar təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu göstəricilər 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq miqdarca 18.3 faiz, dəyər baxımından isə 62 faiz çoxdur.
Qeyd edək ki, cari ilin ilk 9 ayında ölkədən 28.2 milyon dollar dəyərində kartof (70.9 min ton) ixrac edilib.
Bu dövrdə Azərbaycandan 602 milyon 531 min ABŞ dolları dəyərində 574.3 min ton meyvə-tərəvəz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.4 faiz və ya 143.7 milyon dollar, həcmi isə 30.8 faiz və ya 135.2 min ton artım deməkdir. 2024-cü ilin ilk doqquz ayında Azərbaycan 458.8 milyon ABŞ dolları dəyərində 439.2 min ton meyvə-tərəvəz ixrac edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.