AZ

Almaniyada inanılmaz hadisə: uçuşa gecikən iki sərnişin təyyarəni dayandırmaq istədi — VİDEO

Almaniyanın Köln şəhərindən Buxarestə uçmalı olan Wizz Air təyyarəsinin uçuşuna gecikən iki rumın sərnişin aeroportda gözlənilməz vəziyyət yaradıb.

Musavat.com xəbər verir ki, həmin şəxslər təyyarəni dayandırmaq ümidi ilə təcili çıxış qapısından aprona çıxaraq uçuş zolağına doğru qaçıblar.

Hadisə belə baş verib: Təyyarənin qapıları bağlanıb və o, uçuş zolağına doğru hərəkət etməyə başlayanda 28 və 47 yaşlı iki sərnişin aeroportun fövqəladə vəziyyət düyməsinə basaraq təcili çıxışdan çölə çıxıb. Onlar əl yelləyərək pilotun diqqətini çəkməyə və təyyarəni dayandırmağa çalışıblar.

Sərnişinlərin qəfil zolağa daxil olması səbəbindən uçuş dərhal dayandırılıb və təyyarənin qalxışı təxirə salınıb.

Polis açıqlayıb ki, həmin şəxslər Hava Təhlükəsizliyi Qanununu pozduqları üçün barələrində cinayət işi açılıb və hadisə araşdırılır.

Təyyarə isə gecikmə ilə olsa da, Buxarestə uğurla eniş edib.  

 

Musavat.com

Seçilən
215
36
musavat.com

10Mənbələr