AZ

"Lukoil"in təsisçisi 7 milyardlıq payını SATDI

"Lukoil" neft şirkətinin təsisçilərindən biri olan Leonid Fedun şirkətdəki payını satıb. Şirkət onun təxminən 10%-lik payını geri alıb.

Musavat.com xəbər verir ki, "Reuters" bu barədə üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.

"Fedun təxminən 10%-lik payını 2025-ci ilin əvvəlində "Lukoil"a geri satıb", - deyə hesabatda bildirilir.

Agentliyin bazar qiymətlərinə əsasən ilkin hesablamalarına görə, payın dəyəri 7 milyard dollara qədər ola bilər. Əməliyyatın dəqiq məbləği hələ də məlum deyil.

Musavat.com

Seçilən
44
1
musavat.com

2Mənbələr