AZ

Ukrayna hər gün 1400 hərbçisini itirir - Rusiya MN

Ukrayna Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatlar zonasında hər gün təxminən 1400 hərbçisini itirir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"2025-ci ilin 330 günü ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 468 mini ötüb. Bundan başqa, ilin əvvəlindən Rusiya qüvvələri 18 təyyarə və 48 zenit-raket kompleksini məhv edib ", - məlumatda deyilir.

Rusiya Silahlı Qüvvələri həmçinin 117 reaktiv yaylım atəş sistemini və tanklar da daxil olmaqla 6000-dən çox zirehli döyüş maşını məhv edib.

Ukrayna ordusu hər gün şəxsi heyət itkisinə məruz qalır. Qeyd olunur ki, hərbçilər döyüşməkdən imtina edir və Rusiya qüvvələrinə təslim olurlar. Ukraynalılar öz mövqelərini tərk edərək fərarilik halları da artır.

Gülayə Mecid 

Seçilən
184
50
unikal.az

10Mənbələr