Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin şagirdi, 2008-ci il təvəllüdlü Eşqin Məhi oğlu Rüstəmov infarktdan ölüb.
Mərhumun məktəbin həyətində yıxılaraq dünyasını dəyişdiyi bildirilir.
Editor.az bildirir ki, Modern.az-ın məlumatına görə, 17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov əslən Cəbrayıl rayonundandır.
Mərhumun 3/7 mərasimi dekabrın 1-də Bakıxanov “Mədinə” mərasim evində olacaq.
Allah rəhmət eləsin!
***13:22
Bakıda məktəbin həyətində şagird infarktdan ölüb.
Editor.az bildirir ki, APA-nın məlumatına görə hadisə paytaxtın Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin həyətində qeydə alınıb.
Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Eşqin Məhi oğlu Rüstəmov infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.